525.Az

Peskov Zelenskinin sülh danışıqlarına hazır olması xəbərini müsbət qiymətləndirib


 

Peskov Zelenskinin sülh danışıqlarına hazır olması xəbərini müsbət qiymətləndirib<b style="color:red"></b>

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampa məktubunda sülh yolu ilə nizamlanma üzrə danışıqlara hazır olduğunu bildirməsi xəbərini alqışlayır, lakin Kiyevin Moskva ilə danışıqlara qoyduğu qadağanın qüvvədə olduğunu xatırladır.

525.az "Report" a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Müsbət yanaşırıq. Məsələ danışıqlar masasına kiminlə əyləşməkdir. Hələlik Ukrayna Prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına hüquqi qadağa qüvvədədir. Buna görə də ümumilikdə yanaşma müsbətdir, lakin nüanslar hələlik dəyişmir", - o bildirib.

 





05.03.2025    çap et  çap et