525.Az

Çexiya ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmasını Avropa üçün siqnal adlandırıb


 

Çexiya ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmasını Avropa üçün siqnal adlandırıb<b style="color:red"></b>

ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması Avropaya mühüm siqnaldır.

525.az “Report” a istinadən xəbər verir ki, bunu "Radiožurnál"a müsahibəsində Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.

“Bu, şübhəsiz ki, Avropa üçün çox ciddi və mühüm siqnaldır. Yəni, Avropa müdafiəsinin qeydinə özü qalmalıdır”, - nazir bildirib.

O qeyd edib ki, Avropa ölkələri, o cümlədən Çexiya artıq müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində addımlar atır.

Nazir Vaşinqton və Kiyevin mineral ehtiyatlar üzrə razılaşmaya qayıtma ehtimalını alqışlayıb. XİN başçısı, həmçinin Ukraynaya hərtərəfli dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb: "Biz öz təhlükəsizliyimizin və Ukraynanın bir hissəsi olduğu Avropanın təhlükəsizliyinin qayğısına qalmalıyıq".

 





05.03.2025    çap et  çap et