525.Az

Starmer NATO-nun 5-ci maddəsinin tətbiqi üçün Ukraynaya qoşun göndərmək istəyir - NI


 

Starmer NATO-nun 5-ci maddəsinin tətbiqi üçün Ukraynaya qoşun göndərmək istəyir - <b style="color:red">NI</b>

Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO Nizamnaməsinin 5-ci maddəsini tətbiq etmək üçün Britaniya qoşunlarını Ukraynaya göndərməyi planlaşdırır.

525.az xəbər verir ki, bu barədə “The National Interest”  yazıb.

“Görünən odur ki, plan açıq şəkildə rusların Britaniya qoşunlarına və ya texnikasına bir neçə dəfə hücumlar həyata keçirməsinə və bununla da Londonun 5-ci maddədən istifadəyə dair çağırışlarına haqq qazandırmasına hesablanıb. Starmer Britaniyanın Ukraynadakı silahlı qüvvələrinin krallığın müdafiə xərclərinin azaldılması ilə bağlı vəziyyətə görə səmərəsiz olacağını anlayır. Buna görə də Baş nazir ABŞ-ı Rusiya ilə açıq müharibəyə cəlb etməyə çalışır”, - məqalədə vurğulanıb.

Bundan əvvəl məlum olub ki, Starmer ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırması ilə bağlı məlumatlar fonunda nazirlər kabinetini çağırmaq qərarına gəlib.

Pərvanə Sultanova

 





05.03.2025    çap et  çap et