525.Az

“Kəpəz” “Neftçi”ni məğlubiyyətə uğratdı


 

“Kəpəz” “Neftçi”ni məğlubiyyətə uğratdı<b style="color:red"></b>

Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub. 

525.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.

"Kəpəz" "Neftçi"ni qəbul edib. Əzəli rəqiblərin oyunu gəncəlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu qələbə sayəsində “Kəpəz” 9-cu yerdə qalsa da, sonuncu pillədəli “Səbail”lə arasındakı xal fərqinə 5-ə yüksəldib. "Neftçi" isə 27 xalla 6-cı yerdədir. 

Misli Premyer Liqası

26-cı tur

5 mart 

17:00. “Kəpəz” – “Neftçi” - 1:0 

Qol: Şevroni Mabatşoev, 50
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Asiman Əzizli
Tovuz şəhər stadionu

4 mart

"Sabah” - “Araz-Naxçıvan” - 2:2 

"Turan Tovuz” - “Zirə” - 0:2 

3 mart 

“Səbail” - “Şamaxı” - 0:2

“Sumqayıt” - “Qarabağ” - 0:2

 





05.03.2025    çap et  çap et