525.Az

Avstraliya təbii fəlakətin astanasında


 

Avstraliya təbii fəlakətin astanasında<b style="color:red"></b>

Avstraliyanın şərqində əhali güclü tropik qasırğasını qarşılamağa hazırlaşır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfəki qasırğanın adı "Alfred"dir.

1-ci dərəcəli Atlantik siklonu kateqoriyasına daxil edilmiş "Alfred" cümə, səhər saatlarında 2,5 milyon əhalisi olan Brisbon şəhərinə "qədəm qoyacaq".

Bu günə olan məlumata görə, sürəti 120 km/saat olan qasırğa qitə sahillərindən 400 km məsafədədir.

Sonuncu dəfə bu ərazi 1974-cü ildə bənzər "Zoya" qasırğasının "hücumuna" məruz qalıb.

Yeri gəlmişkən, Avstraliyada qasırğalara əlifba sırasına riayət etməklə, növbə ilə qadın və kişi adı qoyulur. 

L.Tağıyeva

 





05.03.2025    çap et  çap et