525.Az

Timsahın hücumuna məruz qaldı


 

Timsahın hücumuna məruz qaldı<b style="color:red"></b>

ABŞ-də turist timsahın hücumuna məruz qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Florida ştatında yerləşən "Tiger Creek" qoruğunda baş verib.

Qoruğa ekskursiyaya çıxan bir qrup turistdən biri təkadamlıq qayıqda çayboyu gəzintiyə çıxarkən, qəfildən timsahın hücumuna məruz qalıb.

Biləyindən dişlək yarası alan qadın təcili xəstəxanaya çatdırılıb. Turist sağ qalsa da, onun səhhəti barədə məlumat verilmir.

Qeyd edək ki, hadisə yerinə xüsusi komissiya göndərilib. Komissiya qarşısına həm də "adamyeyən" timsahı ayırd edərək zərərsizləşdirmək vəzifəsi qoyulub.

L.Tağıyeva

 





05.03.2025    çap et  çap et