525.Az

Bakı teatrlarının dekabr repertuarı


 

Bakı teatrlarının dekabr repertuarı <b style="color:red"></b> Teatrlarımızın dekabr repertuarı tamaşalarla zəngindir.

Dövlət Gənc Tamaşaçılar Teatrının bu aydakı repertuarına  M.F.Axundzadənin "Hekayəti-xırs-quldurbasan", ayın 6-da L.Nurenin "Mən gəldim, qızlar" ("Müharibə"), bir gün sonra isə Elçinin "Buzovna kəndinin əhvalatları" tamaşaları daxildir. V.Siqarevin əsəri əsasında hazırlanmış "Ağ ölüm" tamaşasının premyerası dekabrın 13-də olacaq. Teatrın kollektivi ayın 14-də H.Cavidin "Şeyx Sənan", dekabrın 17-də Ə.Əmirlinin "Mən səni sevirəm - MSS" tamaşalarını təqdim edəcək. U.Şekspirin "III Riçard" tamaşasının premyerası dekabrın 20-də olacaq. Tamaşaçılar dekabrın 21-də Ə.Haqverdiyevin "Pəri Cadu" səhnə əsərinə baxa bilərlər.

Həmişə olduğu kimi, dekabrda uşaqları da yaddan çıxarmayan teatrın kollektivi ayın 6-da A.Tolstoyun "Buratinonun macəraları", bir gün sonra A.Lindqrenin "Balaca və damda yaşayan Karlson", dekabrın 13-də "Qoğalın nağılı"nı nümayiş etdirəcək.

Uşaqlar dekabrın 14-də Y.Şvartsın "Qırmızı papaq", ayın 20-də A.Şaiqin "Danışan gəlincik", bir gün sonra isə "Tıq-tıq xanım" tamaşalarına baxa bilərlər. Dekabrın 25-dən 30-dək isə "Madaqaskar" yeni il tamaşası göstəriləcək.

Dövlət Musiqili Teatrının da dekabr repertuarında maraqlı tamaşalar yer alıb. Dekabrın 5-də Ə.Haqverdiyevin "Kimdir müqəssir", 6-da O.Kazımi və R.Heydərin "Qızıl toy", E.Sabitoğlu və T.Vəliyevanın "Bankir adaxlı" tamaşaları göstəriləcək. Tamaşaçılar "Qızıl toy"a həmçinin dekabrın 7-də və 21-də, "Bankir adaxlı"ya isə ayın 20-də də baxa bilərlər. Dekabrın 8-də teatrın səhnəsində İrəvan Azərbaycan Dövlət Dram Teatrının kollektivi tərəfindən H.Orucovun "Burdan min atlı keçdi" tamaşası nümayiş olunacaq. Dövlət Musiqili Teatrının yaradıcı heyəti dekabrın 13-də E.Sabitoğlu və C.Məmmədovun "www.ferzeli-kef.com", ayın 14-də Ü.Hacıbəylinin "O olmasın, bu olsun", 19-da R.Hacıyev, E.Ocaqov, və F.Zöhrabovun "Talelər qovuşanda" tamaşalarını təqdim edəcək.

Hər ay olduğu kimi, dekabrda da Musiqili Teatr uşaqları yaddan çıxarmayıb. Dekabrın 7-də R.Ağayeva, A.Xayt və A.Kurlyanskinin "Bir dayan, canavar" (rus dilində), 13-də E.Sabitoğlu və E.Şvartsın "Qırmızı papaq" tamaşaları göstəriləcək. Uşaqlar dekabrın 14-də H.X.Andersenin "Düyməcik" (rus dilində), 21-də R.Şəfəq və V.Ziminin "Yağış göbələyinin macərası" (rus dilində) tamaşalarına baxa bilərlər. Teatrın səhnəsi dekabrın 24-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının ixtiyarına verəcək. Dekabrın 25-dən 2015-ci il yanvarın 10-dək isə teatrın kollektivi uşaqlar üçün "Yatmış gözəl və cırtdanlar" yeni il tamaşasını göstərəcək.

Dövlət Pantomima Teatrında isə dekabrın 6, 7, 14, 21 tarixlərində Bəxtiyar Xanızadə və Bəhruz Əhmədlinin "Son ştrix" yeni tamaşası göstəriləcək. Pantomima teatrı həvəskarları dekabrın 13-də Çingiz Aytmatovun əsəri əsasında hazırlanmış "Manqurt", 20-də Bəxtiyar Xanızadənin "Pantomima buketi" tamaşalarına baxa bilərlər.

Ceyhun Dadaşovun "Mən və mən"i dekabrın 27-də, Səbinə Hacıyevanın "Dejavü" tamaşası 28-də nümayiş etdiriləcək.

Teatrın kollektivi uşaqlar üçün dekabrın 14-də Abdulla Şaiqin "Tıq-tıq", 21-də Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" tamaşaları göstəriləcək.

Dövlət Akademik Opera və Balet Teatrı isə dekabrın 6-da baletsevərləri Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının balet truppasının ifasında Qara Qarayevin "Yeddi gözəl" baletinin nümayişinə dəvət edir.
Teatrın mətbuat xidmətindən "525"ə bildirilib ki, tamaşanın quruluşçu baletmeysteri beynəlxalq müsabiqələr laureatı Yuri Puzakov, dirijoru Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dirijoru Andrey İvanovdur.

Tamaşada əsas rollarda Belarus baletinin ulduzları- Xalq artistləri Olqa Qayko, Konstantin Kuznetsov, Əməkdar artistlər İqor Onoşko və Konstantin Qeronik çıxış edəcəklər.

2013-cü ildə Belarus teatrında səhnəyə qoyulmuş "Yeddi gözəl" baleti hazırda bu teatrın repertuarında möhkəm yer tutur. Azərbaycan balet sənətinin incilərindən sayılan bu baletin Minsk səhnəsində hər bir tamaşası anşlaqla keçir.

S.ABDULLAYEVA
 





03.12.2014    çap et  çap et