525.Az

Lavrov Makronun açıqlamalarını Rusiyanın ünvanına təhdid adlandırıb


 

Lavrov Makronun açıqlamalarını Rusiyanın ünvanına təhdid adlandırıb<b style="color:red"></b>

Fransa Prezidenti Emmanuel Makronun Moskva ilə qarşıdurma və nüvə silahından istifadə ilə bağlı açıqlamaları Rusiyanın ünvanına təhdiddir.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya XİN başçısı onu da qeyd edib ki, Makron Putinə zəng edə bilər, heç kim ona mane olmur.

“Makronun Putinə zəng etmək imkanı var, Rusiyanın Avropaya qarşı müharibə hazırlaması ilə bağlı ittihamlar cəfəngiyyatdır”, - Lavrov qeyd edib.

 





06.03.2025    çap et  çap et