525.Az

Kreml: Fransa Prezidenti Ukraynaya kontingent yerləşdirmək istəyir


 

Kreml: Fransa Prezidenti Ukraynaya kontingent yerləşdirmək istəyir<b style="color:red"></b>

Kreml Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciətini qarşıdurma kimi qiymətləndirir.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Fransa prezidentinin Rusiyaya qarşı çox ziddiyyətli çıxışı olub.

“Makronun sözlərindən belə çıxır ki, o, atəşkəsdən sonra Ukraynaya kontingent yerləşdirmək istəyir. Əslində, söhbət müəyyən kontingentin qarşıdurma şəraitində yerləşdirilməsindən gedir. Rusiya bununla razılaşa bilərmi? Bu sualı birbaşa cavablandırmamaq da olar. Çünki cavab tamamilə aydındır”, Kremlin sözçüsü vurğulayıb.

 





06.03.2025    çap et  çap et