525.Az

KİV: Ankara Ukraynaya sülhməramlıların göndərilməsinə öz töhfəsini müzakirə etməyə hazırdır


 

KİV: Ankara Ukraynaya sülhməramlıların göndərilməsinə öz töhfəsini müzakirə etməyə hazırdır<b style="color:red"></b>

Türkiyə Ukraynaya sülhməramlı missiyanın göndərilməsinə öz töhfəsini müzakirə etməyə hazırdır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Milliyet” qəzeti Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazıb.

"Müxtəlif kütləvi informasiya vasitələrində müzakirə olunan və hələ konseptual çərçivəyə salınmamış missiyaya Ankaranın mümkün töhfəsi regional sabitlik və sülhün təmin edilməsi üçün zəruri hesab edildiyi halda bütün tərəflərlə müzakirə ediləcək", - o bildirib.

Mənbənin sözlərinə görə, nazirlik Türkiyənin digər qurumları ilə birlikdə Ukraynada münaqişəyə son qoyulmasına yönəlmiş diplomatik təşəbbüsləri izləyir.

 





06.03.2025    çap et  çap et