525.Az

Rövşən Hüseynli millidən ayrıldı


 

Rövşən Hüseynli millidən ayrıldı<b style="color:red"></b>

Təlim-məşq toplanışını davam etdirən Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib.

QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb. Hazırda toplanışda ikisi qapıçı olmaqla, 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.

Qeyd edək ki, martın 11-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 





06.03.2025    çap et  çap et