525.Az

Peskov Makronun nüvə ritorikasını qarşıdurma adlandırıb


 

Peskov Makronun nüvə ritorikasını qarşıdurma adlandırıb<b style="color:red"></b>

Kreml Fransa Prezidenti Emmanuel Makronun dünənki xalqa müraciətini qarşıdurma kimi qiymətləndirir. Bu, Fransanın müharibənin davam etməsini istədiyi təəssüratını yaradır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əgər Makronun çıxışını oxusaq, elə təəssürat yaranır ki, Fransa həqiqətən də müharibənin davam etməsini istəyir", - o qeyd edib.

Onun sözlərinə görə, Makronun bəyanatlarında, o cümlədən Ukrayna nizamlanması planında qeyri-dəqiqliklər var: "Bundan əlavə, Fransa artıq öz nüvə silahlarını təhlükəsizlik məsələsində və s. istifadə etməyə hazırdır. Bu artıq nüvə ritorikasıdır, Avropada nüvə liderliyi iddiasıdır. Yəni bu çox qarşıdurmalıdır".

 





06.03.2025    çap et  çap et