525.Az

Zalujnı ABŞ-a qarşı ittihamlar səsləndirdi


 

Zalujnı ABŞ-a qarşı <b style="color:red"> ittihamlar səsləndirdi</b>

Ukrayna Silahlı Qüvvələrinin keçmiş rəhbəri, Ukraynanın Britaniyadakı səfiri Valeri Zalujnı ABŞ-ı dünya nizamını məhv etməkdə ittiham edib.

525.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Qəzetin yazdığına görə, Zalujnı Britaniyanın beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış beyin mərkəzində çıxışı zamanı bu barədə bildirib. Səfir xəbərdarlıq edib ki, Vaşinqtonun hərəkətləri NATO-nun mövcudluğunu dayandıra bilər.

“Bu, sadəcə olaraq dünya nizamını yenidən müəyyənləşdirməyə çalışan şər oxu deyil... ABŞ dünya nizamını məhv edir. Aydındır ki, Ağ ev bütün Qərb dünyasının birliyini şübhə altına alıb. İndi də Vaşinqton təhlükəsizlik məsələlərini ABŞ-nin iştirakı olmadan Avropaya həvalə etməyə çalışır”, - Zalujnı deyib.

İbrahim Cəfərov

 





06.03.2025    çap et  çap et