525.Az

Norveç Ukraynaya yardımı əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır


 

Norveç Ukraynaya yardımı əhəmiyyətli dərəcədə artırmağı <b style="color:red"> planlaşdırır</b>

“Norveç Vaşinqtonun siyasətinin yaratdığı qeyri-müəyyənlik şəraitində müdafiə xərclərini və Ukraynaya yardımı əhəmiyyətli dərəcədə artırmalıdır”.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu krallığın Baş naziri, hakim Leyboristlər Partiyasının (LP) lideri Yonas Qar Stor Norveç parlamentində çıxışı zamanı deyib.

“Mən istərdim ki, bütün parlament partiyaları Ukraynaya hərbi yardım proqramının maliyyələşdirilməsinin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı razılığa gəlsinlər”, - deyə Baş nazir bildirib.

Store çıxışında Zelenskinin Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşünün nəticələrindən son dərəcə məyus olduğunu bildirib və Vaşinqtonun bir çox iddialarını əsassız adlandırıb.

O, həmçinin Trampın Ukraynaya hərbi yardımı və Kiyevlə kəşfiyyat mübadiləsini dayandırmaq qərarından təəssüfləndiyini vurğulayıb.

Eyni zamanda, Qar Stor ümid etdiyini bildirib ki, Tramp və onun administrasiyası digərlərinin fikirlərini dinləməyə, hazırkı vəziyyəti avropalı müttəfiqlərlə müzakirə etməyə hazırdır.

Baş nazir Kiyevə yardım üçün əlavə olaraq konkret hansı məbləğin ayrılmasının təklif olunduğunu hələlik açıqlamayıb. Çünki bu planı həyata keçirmək üçün digər partiyaların da dəstəyinə ehtiyac var.

Qeyd edək ki, bundan əvvəl Norveç 2023-2030-cu illər arasında Ukraynaya 155 milyard kron (14,3 milyard dollar) ayırmaq niyyətində olduğunu açıqlamışdı. 2025-ci il üçün əvvəlcədən razılaşdırılmış yardım paketi 35 milyard kron (3,2 milyard dollar) təşkil edir.

İbrahim Cəfərov

 





06.03.2025    çap et  çap et