525.Az

London 24 Suriya qurumuna qarşı sanksiyaları ləğv edib


 

London 24 Suriya qurumuna qarşı sanksiyaları ləğv edib<b style="color:red"></b>

Böyük Britaniya Suriya mərkəzi bankı və neft şirkətləri də daxil olmaqla ölkənin 24 qurumuna qarşı sanksiyaları ləğv edib.

525.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Qərara əsasən, həmin qurumların aktivlərinin dondurulması da aradan qaldırılıb.

Agentlik yazıb ki, Qərb ölkələri Yaxın Şərq dövlətinə qarşı öz yanaşmalarını yenidən nəzərdən keçirirlər.

Məlumaya götə, Al Furat, Deyr Ez-Zur, Mahrukat, Ebla, General Petroleum Corporation (GPC), Overseas Petroleum Trading, Syria Trading Oil Company (Sytrol) və digər neft şirkətləri, həmçinin səkkiz bank və Suriya Ərəb Hava Yolları aviaşirkəti siyahıdan çıxarılıb.

Bundan əvvəl, fevralın 24-də Aİ enerji və nəqliyyat sektorlarında Suriyaya qarşı sanksiyaları dayandırıb.

Pərvanə Sultanova

 





06.03.2025    çap et  çap et