525.Az

Arxeoloqlar müəmmalı insan heykəlcikləri aşkar ediblər


 

Arxeoloqlar müəmmalı insan heykəlcikləri aşkar ediblər<b style="color:red"></b>

El-Salvadorda qədim piramidanın zirvəsində tədqiqatçılar rituallarda istifadə olunduğu güman edilən 5 keramik heykəlcik aşkar ediblər. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, kəşf bölgədəki az öyrənilmiş arxeoloji ərazilərdən biri olan San-İsidroda edilib. 

Əhali sıxlığı və vulkan püskürmələrinin təsirləri səbəbindən burada qazıntı işləri aparmaq çətindir və bu üzdən qədim mədəniyyətlərin mənşəyi hələ də sirr olaraq qalır.

Təxminən e.ə. 400-cü ilə aid olan heykəlciklər cənazə hədiyyəsinə bənzəyən, lakin insan qalıqları olmayan təqdimatın bir hissəsidi. 3 heykəlçiyin başı hərəkətli olduğundan onların oyuncaq kimi istifadə edildiyi ehtimal olunur.

Heykəlciklərin qeyri-adi ifadəli simaları arxeoloqların xüsusi diqqətini çəkib. Baxış bucağından asılı olaraq onların ifadəsi dəyişir:  yuxarıdan – şən, göz səviyyəsindən – qəzəbli, aşağıdan – qorxulu. Yəqin ki, bu, rituallar zamanı dramatik effekti gücləndirmək üçün imiş.

Qeyd edək ki, arxeoloqlar  tapıntının Xristifor Kolumbdan əvvəlki El-Salvador haqqında olan  anlayışı dəyişəcəyini iddia edirlər.

Nazənin Sadıqzadə

 





06.03.2025    çap et  çap et