525.Az

Tayvanda Atom Elektrik Stansiyasında yanğın


 

Tayvanda Atom Elektrik Stansiyasında yanğın<b style="color:red"></b>

Tayvanda "Maanşan" Atom Elektrik Stansiyasında yanğın baş verib. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları və  xeyli canlı qüvvə cəlb olunub.

AES-dən çıxan qatı tüstünün  səbəbi hələlik məlum deyil.

Stansiyanın operatoru "Taiwan Power Company"  insidentlə bağlı hər hansı rəsmi şərh verməyib.

Stansiyadan təxminən bir kilometr aralıda olan şahidlərdən biri yerli KİV-ə verdiyi açıqlamada vəziyyəti həyəcanlı adlandırıb və yanğın mənbəyinin nüvə obyektinin içərisində olduğunu təsdiqləyib.

İnsan tələfatı barədə məlumat yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır. 

Qeyd edək ki, Tayvanda sayca 3-cü olan "Maanşan" AES 1984-cü ildə istifadəyə verilib.

Nazənin Sadıqzadə

 





06.03.2025    çap et  çap et