ABŞ prezidentinin administrasiyası ölkəyə sığınan ukraynalı qaçqının bir qisminin statusunu ləğv etməyi planlaşdırır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə adminstrasiyadan "Reuters" agentliyinə məlumat sızıb.
Məlumatda qərarın 240 min ukraynalıya şamil ediləcəyi deyilsə də, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra ABŞ-ə gələn qaçqınlara aid olub-olmadığı bildirilmir.
Qeyd edək ki, ABŞ-nin sabiq hərbi kəşfiyyatçısı Skot Ritter hələ yanvar ayında ukraynalı qaçqınların ölkənin təhlükəsizliyinə ciddi maneə törətdikləri barədə fikir söyləmişdi.
L.Tağıyeva
çap et