525.Az

Parisdə İkinci Dünya Müharibəsi dövrünə aid bomba tapıldı


 

Parisdə İkinci Dünya Müharibəsi dövrünə aid bomba tapıldı<b style="color:red"></b>

Parisdə İkinci Dünya Müharibəsi dövrünə aid partlamamış bomba tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bomba "Gare du Nord" vağzalının ərazisində təmir işləri aparılarkən aşkarlanıb.

Yerli polisin təkidi ilə qatarların hərəkəti bomba zərərsizləşdirilənə kimi dayandırılıb. 

Qeyd edək ki, bənzər hadisə yanvarda Almaniyanın Drezden şəhərində yaşanmışdı. Şəhərdəki körpələrdən birinin təmiri zamanı ekskavatorçu İkinci Dünya Müharibəsi dövrünə aid 250 kiloqramlıq partlamamış bomba aşkarlamışdı.

L.Tağıyeva

 





07.03.2025    çap et  çap et