525.Az

KİV: “Maxar Technologies” Ukraynanın peyk şəkillərinə çıxışını dayandırıb


 

KİV: “Maxar Technologies” Ukraynanın peyk şəkillərinə çıxışını dayandırıb<b style="color:red"></b>

ABŞ-nin “Maxar Technologies” aerokosmik şirkəti Ukraynanın öz peyk şəkillərinə girişini dayandırıb.

525.az “Report” a istinadən xəbər verir ki, buna səbəb ABŞ hökuməti tərəfindən tətbiq edilən inzibati məhdudiyyət olub.

Qərar həm dövlət, həm də özəl istifadəçilərə aiddir. Məlumata görə, bu, Prezident Donald Tramp administrasiyasının Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinə qoyduğu qadağa ilə əlaqədardır.

Hazırda “Maxar Technologies” və ya ABŞ hökumətinin nümayəndələri bu məsələyə rəsmi qaydada münasibət bildirməyib.

 





07.03.2025    çap et  çap et