525.Az

Meloni Ukraynaya NATO-nun 5-ci maddəsinin şamil olunmasını təklif edir


 

Meloni Ukraynaya NATO-nun 5-ci maddəsinin şamil olunmasını təklif edir   <b style="color:red"></b>

İtaliyanın Baş naziri Giorgia Meloni NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqinin Ukraynaya da şamil olunmasını təklif edib.

525.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

NATO Nizamnaməsinin 5-ci maddəsi kollektiv müdafiəyə həsr olunub, blokun üzvləri hansısa hücum, təhlükə zamanı bir-birlərini qorumağa borcludurlar.

Baş nazirin sözlərinə görə, onun təklifi NATO-ya daxil olmaqdan fərqlidir, lakin bu, Alyans ölkələrinin təsir dairəsinin Ukraynaya da uzanacağı anlamına gəlir.

Pərvanə Sultanova

 





07.03.2025    çap et  çap et