525.Az

Si Cinpin Çinin hərbi gücünü inkişaf etdirməyə çağırıb


 

Si Cinpin Çinin hərbi gücünü <b style="color:red"> inkişaf etdirməyə çağırıb</b>

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Jinpin bildirib ki, ölkəsi döyüş gücünü inkişaf etdirməlidir.

525.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli kanallara istinadən məlumat yayıb.

O, bu barədə XIV Ümumçin Xalq Nümayəndələri Konqresinin 3-cü sessiyası çərçivəsində Çin Xalq Azadlıq Ordusu və Xalq Silahlı Polis Qüvvələrinin nümayəndə heyətləri ilə görüşü zamanı bildirib. Si Cinpin deyib ki, Çin hərbi gücünü daha da inkişaf etdirmək üçün innovativ yanaşmalardan istifadə etməlidir. Eyni zamanda o, Çinin hərbi gücünün yeni keyfiyyət səviyyəsinə çatmalı olduğunu da vurğulayıb.

“Yeni məhsuldar qüvvələrin sürətli inkişafından yararlanmaq, döyüş gücünün yaradılması və istifadəsinə innovativ yanaşmalar tətbiq etmək, sürətli reaksiya və qabaqcıl texnologiyaların sürətli uyğunlaşdırılması mexanizmlərini təkmilləşdirmək, yeni keyfiyyətdə döyüş gücünün inkişafını sürətləndirmək lazımdır”, - deyə ÇXR Sədri vurğulayıb.

Xatırladaq ki, Çin ölkənin hərbi büdcəsini 7,2% artırıb.

İbrahim Cəfərov

 





07.03.2025    çap et  çap et