Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə telefon danışığının mümkünlüyünü istisna etməyib.
525.az xəbər verir ki, bu barədə “France Info” məlumat yayıb.
“Biz - prezident Zelenski və avropalı tərəfdaşlarımız - düzgün vaxt olduğuna qərar verəndə mən prezident Putinlə danışmağa hazıram. Hazırda biz müzakirə, danışıqlar mərhələsinə qədəm qoyuruq”, - deyə Fransa dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, E.Makron bu günlərdə bir daha Ukraynada atəşkəs əleyhinə çıxış edərək bildirmişdi ki, sülh Rusiyanın diktəsi ilə qurula bilməz və Ukraynanın kapitulyasiyası mümkün deyil.
İbrahim Cəfərov
çap et