525.Az

Britaniya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya bir milyard dollar ayırıb


 

Britaniya Rusiyanın dondurulmuş aktivlərindən <b style="color:red"> Ukraynaya bir milyard dollar ayırıb</b>

Kiyev dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə Britaniyadan kreditin ilk tranşını alıb.

525.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, söhbət 752 milyon funt-sterlinqdən (971 milyon dollar) gedir.

Qeyd edək ki, daha əvvəl G7 ölkələri Kiyevə 50 milyard dollar kredit ayırmağa razılaşıblar ki, bu məbləğ dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlir hesabına ödənilməlidir. Vəsaitin böyük hissəsi Brüssel və Vaşinqtonun payına düşür. Onların hər biri 20 milyard dollar ödəyəcək. Qalan 10 milyard isə İngiltərə, Kanada və Yaponiyanın payına düşür.

Şmıqal bildirib ki, Britaniyadan alınan vəsait Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə sərf olunacaq. O, bu mexanizmə görə G7-yə təşəkkür edib.

Xatırladaq ki, 2024-cü ilin sonunda Ukrayna ABŞ-dan planlaşdırılan 20 milyardın birinci tranşını - bir milyard dollar məbləğində vəsait alıb. 2025-ci ilin yanvarında isə Aİ-dən Kiyevə ilk üç milyard avro ödənilib.

Rusiya hakimiyyəti isə ölkə aktivlərinin dondurulmasını oğurluq adlandırır.

İbrahim Cəfərov

 





07.03.2025    çap et  çap et