525.Az

ABŞ-də təyyarə qəzası


 

ABŞ-də təyyarə qəzası<b style="color:red"></b>

Texas ştatında "Piper" markalı kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Hyustonda, "Perlend" hava limanının 2 kilometrliyində baş verib.

Mühərriki xarab olan təyyarənin pilotu su xətləri keçən sahəyə qəza enişi etmək məcburiyyətində qalıb və təyyarə eniş zamanı beton hasara çırpılıb.

Nəticədə tamamilə yanan nəqliyyat vasitəsi tanınmaz hala düşüb.

Qeyd edək ki, pilot və sərnişin toqquşmadan dərhal sonra təyyarəni tərk edə biliblər. 

L.Tağıyeva

 





07.03.2025    çap et  çap et