525.Az

Türkiyənin hərbi-siyasi rəhbərliyi sabah İordaniyaya səfər edəcək


 

Türkiyənin hərbi-siyasi rəhbərliyi sabah İordaniyaya səfər edəcək<b style="color:red"></b>

Türkiyənin hərbi-siyasi rəhbərliyi martın 9-da İordaniyaya səfər edəcək.

525.az "Report"a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın Ammana gedəcəklər.

Səfər çərçivəsində onlar İordaniya, İraq, Livan və Suriyanın xarici işlər, eləcə də müdafiə nazirləri, baş qərargah və kəşfiyyat rəisləri ilə görüşdə iştirak edəcəklər.

 





08.03.2025    çap et  çap et