525.Az

Cənubi Koreyanın impiçment elan edilmiş prezidenti sərbəst buraxılıb


 

Cənubi Koreyanın impiçment elan edilmiş prezidenti sərbəst buraxılıb<b style="color:red"></b>

Cənubi Koreyanın impiçment elan edilmiş prezident Yoon Suk Yeol Seul təcridxanasından sərbəst buraxılıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bundan bir qədər əvvəl prokurorluq Cənubi Koreyanın impiçment edilmiş prezidentinin həbsdən azad edilməsi barədə qərar vermişdi.

Qeyd edək ki, Yeol ötən il dekabrın 3-də verdiyi hərbi vəziyyət fərmanı ilə əlaqədar üsyanda ittiham olunaraq yanvar ayında həbs edilib. Ona qarşı ittiham irəli sürülüb.

 





08.03.2025    çap et  çap et