525.Az

Xamenei: İran ABŞ ilə danışıqlar aparmayacaq


 

Xamenei: İran ABŞ ilə danışıqlar aparmayacaq<b style="color:red"></b>

İran İslam Respublikası ABŞ ilə danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.

525.az “Report”a istinadən xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei deyib.

“Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparırlar. İran İslam Respublikası, şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq”, – o, ABŞ Prezidenti Donald Trampın SNN telekanalının canlı yayımında Tehranın nüvə proqramı ilə bağlı danışıqları təklif edən məktubuna cavab olaraq İran rəsmiləri ilə görüşdə deyib.

 





08.03.2025    çap et  çap et