525.Az

Yaponiya sahilində güclü zəlzələ


 

Yaponiya sahilində güclü zəlzələ<b style="color:red"></b>

Yaponiyaya məxsus Rükü adalarının sahilində 5,9 maqnitudalı zəlzələ olub.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına əsasən, zəlzələ Bakı vaxtı ilə saat 03:42-də təxminən 555 min əhalisi olan Kaqoşima şəhərindən 315 km cənubda qeydə alınıb.

Yeraltı təkanların ocağı 27 km dərinlikdə yerləşib.

Zərərçəkmişlər və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

 





09.03.2025    çap et  çap et