525.Az

Qarabağ müharibəsinin əfsanəvi salnaməçisi


 

HƏRBİ OPERATOR SEYİDAĞA MÖVSÜMLÜNÜN YADA DÜŞMƏYƏN 60 İLLİK YUBİLEYİNƏ

Qarabağ müharibəsinin əfsanəvi salnaməçisi<b style="color:red"></b>

Millətin yolunda özünü fəda etmək qədər şərəfli bir ömür yaşamaq elə asan deyil. Hər millətin sağlamlığı gücü onun fərdlərindədir. Sağlam əqidəli fərdlərdən güclü, cəsarətli millət formalaşar. Böyük ideoloq, Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə yazırdı: "Ah... vaxt bir mücahid özünü fəda etdi ki, cəmaət onun qədrini bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən. Əvəzsiz heç alınmaz. Fəda ol, qədr gör!" İndi hər gün Azərbaycan televiziyasına tələsən bu insanı görənlər bəlkə fərqinə varmırlar ki, o şəxs yaxın tariximizin canlı bir salnaməçisidir o adi bir ömür yaşamamışdır.


Əslində
onun haqqında yazmaq elə asan da deyil. 60 illik yubileyi beş ay əvvəl (onun doğum tarixi 1 avqust 1954- ildir) ötüb keçsə , o heç kimə bu məlumatı ötürmədi. Bəzi dostlarımızın yoluxduğu "yubiley xəstəliyindən " uzaq olan bu insanı həmin hadisədə çoxları yada salmadı. ( hərbçi dostlarımız, jurnalistlərimiz, hər hadisəyə "diqqətli" mətbuatımız, jurnalist təşkilatlarımız). Mən bu cəhdi etmək istəyəndə isə qətiyyən razılaşmırdı bu sözləri deyirdi:"Mən kiməm ki? Axı etmişəm ki? Siz şəhidlərdən,milli qəhrəmanlardan yazın. Əsl qəhrəman onlardır".


Bizim
Seyidağa Mövsümlü ilə tanışlığımızın tarixi 1988-ci ildən başlayır. O zaman Azərbaycan cəmiyyətində ciddi hadisələr baş verirdi: Sovet rejiminin eybəcərlikləri üzə çıxır, arxivlər açılır, adının çəkilməsi qadağan edilmiş şəxsiyyətlər ciddi təbliğ edilirdi. Azərbaycan Televiziyasında efirə gedən "Dalğa" verilişinin ardınca "Çay dəstgahı" da tamaşaçıların böyük marağına səbəb olurdu. Tələbəlik illərini yeni başa vurduqdan sonra burada hazırladığım süjetlərə ciddi maraq göstərənlərdən biri operator Seyidağa Mövsümlü idi. Xatırlayıram ki, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımı ilk dəfə çəkib efirə verdim bu tamaşaçıların böyük marağına səbəb oldu. Seyidağa isə bu çəkilişdən sonra əsl sayğı dostluq münasibətini hiss etdirdi.  Bu səmimi münasibətimiz sonralar daha da möhkəmləndi. hər ikimiz könüllü olaraq Azərbaycan ordusunda xidmətə başladıq. O, hərbi operator kimi, mən isə "Azərbaycan ordusu"nun baş redaktoru kimi. Müdafiə Nazirliyində binaların birində 5-ci mərtəbədə üzbəüz otaqlarda əyləşirdik. onunla tez-tez "dərdləşirdik".


Onun
keçdiyi ömür yoluna diqqət edək. Seyidağa bir peşəkar operator kimi uzun müddət çalışıb formalaşıb. Bakıdakı Dəmiryolu Texnikumunu bitirdikdən sonra 1970-ci ildən Azərbaycan Televiziya Radio Verilişləri Komitəsində fəaliyyətə başlayıb. Bir müddət sonra Moskvada Ümumittifaq Teleradio İnstitutunun teleoperator kursunu bitirib.


1988-
ci ildə Azərbaycanda başlanan milli-azadlıq hərəkatının salnaməsini yaratmağa başlayanlardan biri Seyidağa bəy oldu. 1988-ci ilin dekabrın 5-dən 6-na keçən gecə "Azərbaycanfilm" kinostudiyasının kinooperatoru Nizami Abbas rejissor Zaur Məhərrəmovla birgə "Abşeron" mehmanxanasının damına qoyulmuş kameralarla Azadlıq meydanında baş verən hadisələri çəkdilər. Sovet tanklarının köməyi ilə əhalini ordan qovduqdan sonra isə əsgər zabitlər mehmanxanaya girib çəkiliş kasetlərini almaq istədilər.

Lakin
oradakı insanların fədakarlığı ilə Seyidağanın dostlarının çəkdiyi kasetləri gizlədib aradan çıxarmaq mümkün oldu.


Seyidağanın
həyatında unudulmaz hadisələrdən biri 20 Yanvardır. Azərbaycan xalqının tarixində önəmli bir günə çevrilən bu qanlı gecədə 100-dən çox günahsız insanımız həlak oldu. 1990- ilin yanvarın 19-da axşam Seyidağa televiziyada növbətçi idi. Axşam saat 8-ə 10-15 dəqiqə işləmiş Moskvanın xüsusi kəşfiyyat orqanlarının köməyi ilə televiziyanın enerji bloku partladıldı. Rus əsgərləri isə giriş çıxışı bağladılar. Sonra hadisə yerinə dövlət rəsmiləri gəldi. Həmin günü gecə təxminən 1-ə işləmiş dinc insanlara güllələr atıldı. Bu hadisələrin efir vasitəsilə ictimaiyyətə çatdırılmasında Seyidağanın böyük rolu oldu.

Radionun
enerji bloku partladılmadığından efirə çıxmaq mümkün idi. O, operator assistenti Azər Muradovla efirə çıxdı "Moyak"ın dalğası ilə bu qanlı hadisə haqqında məlumatı ictimaiyyətə çatdırdı (O zaman Seyidağa bu cəsarəti göstərəndə televiziyada çalışanların çoxu hələ günortadan ehtiyatlanaraq çıxıb evinə getmişdi). Bir qədər sonra silahlı əsgərlər Seyidağanı digərlərini gəlib həbs etdilər. Səhər saat 5-6 radələrində general Dubinyak general Ovçinnikov gəlib oraya çıxdılar.


20
Yanvar hadisələrini çəkmək elə asan olmadı. Yanvarın 18, 19 20- televiziyanın telekameralar olan otağı bağlı idi (bu, qəsdən bilərəkdən edilmişdi). Çətinliklə bir kamera tapdıqdan sonra çəkilişlər aparıldı.

Həmin
kasetlərin çoxu o zaman C.Cabbarlı adına kinostudiyanın direktoru R.Fətəliyevə verildi. Çünki R.Fətəliyev 20 Yanvar hadisələri haqqında film hazırlayırdı. Həmin hadisələrdə şair Bəxtiyar Vahabzadənin bir cəsarəti onun yadındadır. Ağır bir iztirab içində, doluxsunmuş halda televiziyanın həyətinə daxil olan Xalq şairi Bəxtiyar Vahabzadə erməni kapitanın müşaiyəti ilə oraya yaxınlaşan general Ovçinnikovun birbaşa üzünə tüpürüb ona nifrətini bildirdi. Qəzəblənmiş generala o adamın Xalq şairi deputat olduğu söyləndikdə: "Esli on bıl druqim, ya eqo srazu zastrelil!"(əgər o başqa adam olsaydı, onu yerindəcə güllələyərdim!).


Yanvarın
21- Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasını çəkmək ciddi problemə çevrildi. Ali Sovetin qapılarında dayanan əli silahlı rus əsgərləri çəkilişə imkan vermirdilər. Seyidağa Xalq artisti Zeynəb Xanlarovaya müraciət etdi. Zeynəb xanım heç tərəddüd etmədən sürücü ilə kameranı göndərdi. Lakin daha peşəkar kameraya ehtiyac vardı. Böyük çətinliklə televiziyanın montaj otağına arxa qapıdan daxil olub kameranı (TJK-) götürə bildilər. Həmin tarixi iclası isə Xalq şairi B.Vahabzadə Xalq yazıçısı İ.Şıxlı aparırdı. Müğənni Lütfiyar İmanov da çox cəsarətli çıxış etdi orada.


Yanvarın 22- isə şəhidlərin dəfn mərasimi keçirildi. O hadisəni çəkib tarixə köçürən operatorlardan biri Seyidağa oldu.


Yanvarın
24-dən 25- keçən gecə isə Sovet hərbçiləri Seyidağanı tutmaq,ondakı kasetləri almaq istədilər. Bu dəfə isə rejissor Vasif Babayevin (onu döyərək tutub aparmışdılar) evindən zəng edib məlumat verdilər ki, hədəfdə indi sənsən, ehtiyatlı ol! Gecə vaxtı Seyidağa ailəsi ilə (iki körpə uşağı ilə birgə) kasetləri götürüb Buzovnaya getdi. Hərbçilər isə gəlib onun qapısını bağlı gördülər. Qonşulardan soruşsalar da, onun harada olduğunu kimsə deməmişdi.


20
Yanvar hadisələri haqqında çəkilən "Qara Yanvar" filmini Moskvaya - SSRİ Ali Sovetinin toplantısına aparmaq da problemə çevriləndə Seyidağa dostları Nizami Abbas Tofiqlə oraya uçdular. Moskvada azərbaycanlı deputatların rus ictimaiyyəti nümayəndələrinin iştirakı ilə həmin filmi nümayiş etdirdilər.


Bu
"fədakarlığı" isə ona ağır başa gəldi. Bakıya qayıdanda artıq onu işdən çıxarmışdılar. Üç aylıq işsizlikdən sonra Ali Sovetin sədri Elmira Qafarovanın köməyi ilə işə bərpa olundu.


Seyidağanın
vətənpərvərlik hissləri onu rahat buraxmırdı. Ermənilərin törətdiyi faciələr, torpaqlarımızı işğal etməsi onu döyüşə səsləyirdi. Elə bu hisslərin təsiri altında o,1991-ci ilin sonunda könüllü olaraq orduya getmək üçün Binəqədi Rayon Hərbi Komissarlığına müraciət etdi. Onu Şıxov briqadasına yazdılar. 1991-ci ilin dekabrın 18- o, əsgər dostları ilə birgə "Dönmərik biz, dönmərik" marşını oxuyaraq Prezident Aparatı binasının qarşısından keçib Şəhidlər Xiyabanına getdilər burada təntənəli andiçmə mərasimi oldu.


Həmin
vaxt Şuşaya getmək üçün 24 nəfərlik bir tağım - dəstə formalaşdırıldı. (Əslində bununla da sonralar adına şeirlər yazılan, mahnılar qoşulan "Birinci batalyon"  yarandı. Həmin mahnının müəllifi şair-bəstəkar Şahin Musaoğlu, ifaçısı isı Şəmistan Əlizamanlı idi).


1991-
ci ilin dekabrın 9-da onlar Şuşada oldular. Yerli əhali bu cəsarətli Vətən oğullarını sevinclə, göz yaşları ilə qarşıladı. Bir haşiyə: indi o dövrdən çox illər ötəndən sonra Seyidağa həmin hadisəni doluxsunmuş, ağır qəhər içində danışır mənə. O hadisədən düz 23 il sonra.


Daşaltı
"Zapravka" istiqamətində ağır döyüşlər oldu ermənilərlə. Kərkicahanda baş verən döyüşlərin birində Seyidağa ayağından yaralandı. Onu əvvəlcə Şuşa xəstəxanasına,ordan isə vertolyotla Bakıya,  xəstəxanaya çatdırdılar.


1992-
ci il fevralın 19-da Müdafiə Nazirliyində Mətbuat Mərkəzinin operatoru kimi işə başladı. Həmin ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı baş verdi. Ağdamdan hadisə haqqında ilk məlumatlar daxil oldu. Təcili hadisə yerinə getmək, çəkiliş aparmaq lazım idi. Bu zaman millət vəkili Etibar Məmmədovla əlaqə saxlanıldı o özünün "Soni" kamerasını Seyidağaya verdi (qeyd edim ki, həmin kamera hazırda "İstiqlal" muzeyində qorunub saxlanılır). Fevralın 26-da Seyidağa Ağdamda oldu. Özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırovla görüşdü. Onun vasitəsilə, eləcə meyitləri çıxarmaq üçün erməni hərbçilərinin komandiri Vitaliklə (həmin Vitalik indi Ermənistan ordusunda yüksək vəzifədə general rütbəsindədir) əlaqə saxlanıldı.

Razılıq əldə edildikdən sonra Ağdamdan Əsgərana getdilər. Vitalik isə Allahverdiyə bildirirdi ki, bu hadisəni ermənilər yox, 366- alay törədib. Seyidağa Əsgəranda, Naxçıvanikdə ilk çəkilişlər apardı. Bu onun həyatının ən ağır məqamlarından idi. Erməni silahlılarının nəzarəti altında, qətlə yetirilmiş həmvətənlərinin faciəli görüntülərini lentə almaq həqiqətən dözülməz idi! Lakin o bu dərdə dözür XX əsrin unudulmaz bir qətliamını lentə köçürürdü. Bunları dünyaya sübut etmək gələcək nəsillərə çatdırmaq üçün edirdi. Özü belə danışır: "Meyitlərə baxanda ağlamaq istəyirdim. Lakin arxadan gələn erməniləri görüb dözürdüm".


Seyidağa
Xocalı soyqırımı ilə bağlı fevralın 26-da çəkdiyi kaseti Az.TV-nin Qarabağ bölgəsi üzrə müxbiri Allahverdi Əsədova versə , göstərmək mümkün olmamışdı. Sonradan, 1993- ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında "Xocalı - əsrin faciəsi" adlı film hazırladı.Bu həmin hadisə haqqında ilk film idi (qeyd edim ki,həmin hadisə haqqında ilk tarixi-publisistik kitabı isə 1992-ci ilin mart ayında bu sətirlərin müəllifi hadisə yerinə gedərək yazıb 30 min tirajla "Azərbaycan" nəşriyyatında nəşr etdirib. Bax:N.Yaqublu. "Xocalı Qırğını". Bakı,1992.).


1993-
ilin iyulun 12- Müdafiə Nazirliyində sənədli filmlər kinotelestudiyası yaradıldı. Bu zaman studiyanın arxivində 400-ə qədər videokaset, minlərlə foto-şəkil, çoxlu kino lenti toplanmışdı. Qısa bir zamanda Seyidağanın başçılıq etdiyi studiyada "Qan yaddaşı", "Azadlıq ordusu", "Səməd bəy
Mehmandarov
", "Xocalı əsrin faciəsi", "Sərkərdə" kimi sənədli filmlər yaradıldı.


Yenə
Seyidağanın ümumi rəhbərliyi ilə "And" hərbi verilişi hazırlanıb Azərbaycan televiziyası ilə ictimaiyyətə çatdırılırdı. O bu proqram vasitəsilə ilə çalışırdı ki, insanlarımız vətəni sevsin, onun keşiyində dayansın, ordumuza ürəkdən bağlı olsun. Ən yaxın tariximizdə baş verənləri unutmasın.


Tanınmış
hərbi operator Seyidağa Mövsümlü haqqında çoxlu xoş sözlər yazmaq mümkündür. Lakin düşünürəm ki,onun 60 illik yubileyi layiqincə qeyd olunacaq orada daha rəsmi səviyyədə bu sözlər ona ünvanlanacaq, onun Vətən qarşısındakı xidmətləri əsl dəyərini tapacaq. Orden, medal almaq istəyindən uzaq olan, Vətənə təmənnasız xidmət göstərmiş bu insan yüksək mükafatlara layiq deyilmi? Niyə həqiqi xidməti olmuş fədakarlarımızı zamanında sağlığında dəyərləndirməyək? Bəlkə Azərbaycan Televiziyasının Mətbuat Şurasının rəhbərliyi bu yolda ciddi bir addım atıb ölkə rəhbərliyinə rəsmi müraciət ünvanlasınlar?


Yazımın
sonunda isə böyük mütəfəkkir Əhməd Ağaoğlunun mətbuatımızn banisi Həsən bəy Zərdabinin dəfn mərasimində söylədiyi bir fikri xatırlatmaq istərdim. Əhməd bəy çıxışında "ulu babalarımızın bizə heç bir irs qoyub getmədiyindən" "avamlıq, cəhalət, gerilik dolu bir mühitdə yaşamaq"məcburiyyətindən şikayətlənirdi. 60 illik yubileyi unudulan , yada düşməyən bu Qarabağ müharibəsi qəhrəmanı isə əsla narazı deyil. Səbəbi odur ki, millətinə, xalqına, təmənnasız xidmət edib, bu yolda ağır şərəfli bir tarixin salnaməçisinə çevrilib, gələcək nəsillərə zəngin irs qoyub!

Nəsiman YAQUBLU,

tarix elmləri doktoru

 





04.12.2014    çap et  çap et