525.Az

Suriyadakı toqquşmalarda 830 mülki vətəndaş ölüb


 

Suriyadakı toqquşmalarda 830 mülki vətəndaş ölüb<b style="color:red"></b>

Suriyanın Latakiya, Tartus və Homs əyalətlərində keçid hökumət qüvvələri ilə üsyançılar arasında hərbi əməliyyatlar nəticəsində 830 mülki vətəndaş ölüb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İraqın “Shafaq news” xəbər portalı məlumat yayıb.

Qeyd olunub ki, keçid hökumət qüvvələri sahilyanı ərazilərə nəzarəti bərpa edib və dağlarda keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını təqib edir.

Martın 6-dan bəri davam edən əməliyyat zamanı 250-dən çox radikal öldürülüb. Hökumət qüvvələri isə 231 döyüşçüsünü itirib.

 





09.03.2025    çap et  çap et