525.Az

ABŞ-da 14 yaşlı yeniyetmə polis əməkdaşını güllələyib


 

ABŞ-da 14 yaşlı yeniyetmə polis əməkdaşını güllələyib<b style="color:red"></b>

Nyu-Cersi ştatında 14 yaşlı yeniyetmə polis əməkdaşlarına atəş açıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə Cozef Askon adlı zabit ölüb, digəri isə ağır yaralanıb. 

Esseks inzibati dairəsinin prokurorluğundan verilən məlumata görə, hadisə srağagün gecə saatlarında Nyuark şəhərində baş verib. Atışma nəticəsində yeniyetmə də güllə yarası alıb. Xəstəxanaya yerləşdirilən oğlanın həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, adı açıqlanmayan yeniyetmə adam öldürmə, adam öldürməyə cəhd və qanunsuz silah saxlamaqda ittiham olunur.

Nazənin Sadıqzadə

 





10.03.2025    çap et  çap et