525.Az

“Aydın yol” qəzetinə yeni baş redaktor təyin olunub


 

“Aydın yol” qəzetinə yeni baş redaktor təyin olunub<b style="color:red"></b> Yaşar Əliyev “Aydın yol” qəzetinə baş redaktor təyin olunub.
 
Bu barədə APA-ya Y. Əliyevin özü məlumat verib. Y. Əliyev bildirib ki, baş redaktor vəzifəsinə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbərliyinin qərarı ilə təsdiq olunub.
 
Qəzetin bugünkü sayı Y. Əliyevin rəhbərliyi ilə nəşr olunub.
 
Ötən həftə “Aydın yol”un baş redaktoru, yazıçı Fəxri Uğurlu tutduğu vəzifədən istefa vermişdi. Qəzetin iki əməkdaşı – redaktorlar Tahir Kazımlı və Zöhrab Əmirxanlı isə işdən azad olunmuşdular.
 
Qeyd edək ki, Y. Əliyev şair Ramiz Rövşənin qardaşıdır.
 





05.12.2014    çap et  çap et