525.Az

Ağ Ev USAID proqramlarının 83 %-nin fəaliyyətini dayandırıb


 

Ağ Ev USAID proqramlarının 83 %-nin fəaliyyətini dayandırıb<b style="color:red"></b>

Ağ Ev Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83 %-nin fəaliyyətini rəsmi olaraq dayandırıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində məlumat verib.

"Altı həftəlik yoxlamadan sonra biz rəsmi olaraq USAID proqramlarının 83 %-nin fəaliyyətini dayandırdıq. İndi ləğv edilmiş 5,2 min müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-nin maraqlarına uyğun olmayan şəkildə xərclənib", - o yazıb.

Rubionun sözlərinə görə, qüvvədə qalan USAID proqramlarının (təxminən 1000 proqram) idarə edilməsi ABŞ Dövlət Departamentinə həvalə edilib.

 





10.03.2025    çap et  çap et