525.Az

Finlandiya Ukraynaya 16 milyon avro humanitar yardım ayıracaq


 

Finlandiya Ukraynaya 16 milyon avro humanitar yardım ayıracaq<b style="color:red"></b>

Finlandiyanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya 16 milyon avro məbləğində humanitar yardımın göndəriləcəyini elan edib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” ictimai yayımçısı nazirliyə istinadən məlumat verib.

Qeyd olunub ki, yardım BMT-nin humanitar qurumları və Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Kiyevə çatdırılacaq.

Finlandiyanın Müdafiə Nazirliyi yanvarın 31-də Ukraynaya ümumi məbləği 198 milyon avro olan 27-ci hərbi yardım paketinin ayrıldığını elan edib.

 





10.03.2025    çap et  çap et