525.Az

Avtomobili insanların üzərinə sürən taksi sürücüsü narkoman çıxdı


 

Avtomobili insanların üzərinə sürən taksi sürücüsü narkoman çıxdı<b style="color:red"></b>

Rusiyada taksi sürücüsü idarə etdiyi avtomobili avtobus dayanacağında dayanan insanların üzərinə sürüb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər Kazan şəhərində baş verib.

Nəticədə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır. 

Hadisə yerinə gələn polis əməkdaşları sürücünü saxlayaraq polis bölməsinə aparıblar. Təcili tibbi yardım briqadaları isə yaralıları xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, saxlanılan şəxsin əvvəllər psixotrop maddələrin istifadəsinə görə həbs olunduğu üzə çıxıb. Onun qəza törədən zaman narkotik maddə qəbul edib-etmədiyi dəqiqləşdirilir.

L.Tağıyeva

 





10.03.2025    çap et  çap et