525.Az

Süleyman Dəmirəl xəstəxanaya yerləşdirilib


 

Süleyman Dəmirəl xəstəxanaya yerləşdirilib<b style="color:red"></b> Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl xəstəxanaya yerləşdirilib.
 
APA-nın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, Süleyman Dəmirəl dünən mövsümlə bağlı tənəffüs yollarında yaranan infeksiya ilə bağlı xəstəxanada müalicə almağa başlayıb.
 
Xəstəxanadan onun ümumi vəziyyətinin normal olduğu, qanda şəkər miqdarının yüksəldiyi açıqlanıb. Onun müayinə və müalicələrinin 1-2 gün davam edəcəyi bildirilib.
 





05.12.2014    çap et  çap et