525.Az

Pele ömürlük müqaviləyə qol çəkdi


 

Pele ömürlük müqaviləyə qol çəkdi<b style="color:red"></b>

Braziliyanın “Santos” klubu əfsanəvi futbolçu Pele ilə ömürlük müqavilə imzalayıb.

Lent.az-ın məlumatına görə, adıçəkilən klub bundan sonra da marketinq kampaniyalarında “Futbol kralı”nın obrazından istifadə edəcək. Bununla bağlı klubun rəsmi saytında məlumat yayılıb:

“Razılaşma əsasında Pele və “Santos” brendləri həmişə birgə fəaliyyət göstərəcək. Pele bütün dövrlərin dahi futbolçusudur. O, “Santos”un keçmişi, bu günü və sabahıdır”.

Qeyd edək ki, Pele keçən ay sağlamlıqla bağlı problem yaşayaraq, xəstəxanaya yerləşdirilmişdi. Hazırda müalicə alan 74 yaşlı əfsanəvi futbolçunun durumu normaldır.

 





05.12.2014    çap et  çap et