525.Az

Azərbaycanın daha bir qadın boksçusu qələbə qazanıb - Dünya çempionatı


 

Azərbaycanın daha bir qadın boksçusu qələbə qazanıb - <b style="color:red"> Dünya çempionatı</b>

Azərbaycanın daha bir qadın boksçusu Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

525.az xəbər verir ki, Aynur Mikayılova (57 kq) 1/16 finalda Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.

Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.

Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də baş tutacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq. Daha əvvəl Zeynəb Rəhimova (54 kq) 1/8 finala yüksəlib.

 





11.03.2025    çap et  çap et