525.Az

“Əl-Qaidə”nin təlim düşərgəsinin rəhbəri Türkiyədə həbs olundu


 

“Əl-Qaidə”nin təlim düşərgəsinin rəhbəri Türkiyədə həbs olundu<b style="color:red"></b> Türkiyədə dünyanın ən təhlükəli terrorçularından biri tutulub.
 
APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Əbd əl-Baset Əzzuz artıq ABŞ-a təhvil verilib.
 
Türkiyədə saxta sənədlərlə yaşayan Ə. Əzzuz noyabrın 13-də Türkiyə kəşfiyyatı ilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin birgə əməliyyatı zamanı saxlanılıb. O, öncə İordaniyaya aparılıb, bir müddət sonra isə oradan ABŞ-a yola salınıb.
 
Qeyd edək ki, Ə. Əzzuz 2012-ci ildə ABŞ-ın Liviyadakı konsulluğuna hücumda ittiham olunur. Onun həmçinin Liviyada “Əl-Qaidə”nin təlim düşərgəsinə rəhbərlik etdiyi bildirilir.
 





05.12.2014    çap et  çap et