525.Az

"Kəpəz"in yarımmüdafiəçisi Tacikistan millisinə çağırılıb


 

"Kəpəz"in yarımmüdafiəçisi Tacikistan millisinə çağırılıb<b style="color:red"></b>

"Kəpəz"in yarımmüdafiəçisi Şervoni Mabatşoev qarşıdakı iki oyun üçün Tacikistan millisinə çağırılıb.

525.az-a bu barədə Gəncə klubunun mətbuat xidmətindən məlumat verilib.

Tacikistan komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə mərhələsində Timor-Leste ilə qarşılaşacaq.

Hər iki görüş Düşənbə şəhərində baş tutacaq.

 





11.03.2025    çap et  çap et