525.Az

AFFA milimizin heyəti ilə bağlı anons verdi


 

AFFA milimizin heyəti ilə bağlı anons verdi<b style="color:red"></b>

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. 

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı açıqlamada bildirilir. 

Mətbuat konfransında milli komandamızın yoldaşlıq görüşü çərçivəsində martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena”da Belarus yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.

Mətbuat konfransı martın 13-də, saat 11:00-da AFFA-nın inzibati binasında başlanacaq.

 





11.03.2025    çap et  çap et