ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna nümayəndə heyəti ilə danışıqlarda irəliləyiş əldə edir.
525.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib.
Ondan Ciddədə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların necə getdiyi soruşulub.
“Biz irəliləyirik”, - deyə Uolts cavab verib.
Xatırladaq ki, Ciddədə ABŞ və Ukrayna nümayəndələri arasında görüş keçirilir. Tərəflər rəsmi Kiyevin Rusiya ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində atacağı addımları müzakirə edirlər.
İbrahim Cəfərov
çap et