525.Az

Trampın xüsusi nümayəndəsinin Moskvaya səfərinin tarixi açıqlandı


 

Trampın xüsusi nümayəndəsinin Moskvaya səfərinin <b style="color:red"> tarixi açıqlandı</b>

Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff həftənin sonuna kimi Moskvaya gələcək, lakin onun Rusiya prezidenti Vladimir Putinlə görüşü hələlik təsdiqlənməyib.

525.az xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

Daha əvvəl jurnalist Barak Ravid “X” sosial şəbəkəsində etdiyi paylaşımda Stiv Uitkoffun Rusiya prezidenti ilə martın 13-də görüşəcəyini yazıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə xüsusi elçinin səfəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən konkret cavab verməyib. O qeyd edib ki, Rusiya ilə ABŞ arasında təmaslar çox tez razılaşdırılır.

İbrahim Cəfərov

 





11.03.2025    çap et  çap et