525.Az

Zelenskinin yerinə 3 namizəd var - Almaniya mətbuatı


 

Zelenskinin yerinə 3 namizəd var - <b style="color:red"> Almaniya mətbuatı</b>

ABŞ prezident Donald Trampın komandası Ukrayna lideri Vladimir Zelenskini “daha ​​itaətkar prezident”lə əvəz etmək istəyir, ona görə də onun varisinin meydana çıxması qaçılmazdır.

525.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazıb.

Jurnal xatırladır ki, Tramp daha əvvəl Rusiya prezidenti Vladimir Putinin ritorikasından sonra Zelenskini seçkisiz diktator adlandırmışdı.

Bundan əlavə, İlon Mask Zelenskinin seçkiləri acınacaqlı şəkildə uduzacağını bəyan edib.

“Der Spiegel” onu da qeyd edir ki, Ukrayna müxalifətinin təmsilçiləri artıq Ağ Evin nümayəndələri ilə görüşüblər.

Məqalə müəlliflərinin fikrincə, Zelenskini keçmiş baş komandan Valeriy Zalujnı, keçmiş prezident Petro Poroşenko və ya Yuliya Timoşenko əvəz edə bilər.

Qeyd olunur ki, Kiyev üçün Zalujnı populyarlığına görə Ukraynadakı bütün siyasi qüvvələrin, o cümlədən Zelenskinin seçkilər öncəsi öz tərəfinə çəkmək istədiyi şəxsdir.

Jurnal Yuliya Timoşenkonu “dünənin deyil, srağagünün siyasətçisi” adlandırsa da, onun ABŞ-nin yeni hökuməti ilə əlaqələr qurmaqda qəti qərarlı olduğunu qeyd edib.

"Der Spiegel" üçüncü namizəd olan Petro Poroşenkonu Ukrayna siyasətinə nisbətən daha böyük təsirə malik, lakin mübahisəli fiqur kimi təqdim edib.

İbrahim Cəfərov

 





11.03.2025    çap et  çap et