525.Az

Prezident İlham Əliyev sinqapurlu həmkarı ilə görüşüb


 

Prezident İlham Əliyev sinqapurlu həmkarı ilə görüşüb<b style="color:red"></b>

Sinqapurda səfərdə olan Azərbaycan İlham Əliyevin və bu ölkənin prezidenti Toni Tanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

525.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, görüşdə xüsusi vurğulanıb ki, Azərbaycan prezidentinin səfəri iki dövlət arasındakı münasibətlərdə çox mühüm və tarixi bir hadisədir. Bu səfər Sinqapur ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafına güclü təkan verəcək.

Qeyd edilib ki, Sinqapur bu gün Cənub-Şərqi Asiya regionunun həyatında önəmli rola malikdir. Bu baxımdan Sinqapur Azərbaycanın Cənubi Qafqazdakı önəmli mövqeyini xatırladır. Diqqətə çatdırılıb ki, çox dinamik inkişaf edən iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yaxşı perspektivlər var.

Bildirilib ki, dövlətlərimiz arasında iqtisadi, ticari və enerji sahələrində müəyyən əlaqələr olsa da bu, hər iki ölkənin mövcud potensialını əks etdirmir.

Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlaqələndirici bir qurumun yaradılması barədə razılığa gəlinib.

 





21.11.2012    çap et  çap et