Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə Tbilisi şəhər məhkəməsinin haqqında çıxardığı 9 illik hökmü sürpriz adlandırıb.
525.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o bu cəzanı praktiki olaraq ömürlük hesab edir.
“Oliqarxın hökmü nə qədər sürpriz oldu, hə? Prezident administrasiyasının rəsmi xərclərinə görə məni praktiki olaraq ömürlük həbs etdilər... Bizi qorxutmayacaqlar! Birlikdə güclüyük”, - deyə Saakaşvili bildirib.
Xatırladaq ki, bu gün Gürcüstan məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.
Siyasətçi 2014-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunub.
İbrahim Cəfərov
çap et