525.Az

Mirzoyan: Sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik


 

Mirzoyan: Sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik<b style="color:red"></b>

Ermənistan Azərbaycana sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına cavab göndərib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Biz artıq sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik", - A.Mirzoyan qeyd edib.

O vurğulayıb ki, Ermənistanın yanaşmaları Azərbaycanla sülh qurmaq hazırlığına uyğundur.

A.Mirzoyanın sözlərinə görə, İrəvanın Bakı ilə sülh sazişinin imzalanması və ratifikasiyası ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı olacaq.

 





12.03.2025    çap et  çap et