525.Az

Mərakeş nümayəndəsi AFK-də inamla qalib gəlib


 

Mərakeş nümayəndəsi AFK-də inamla qalib gəlib<b style="color:red"></b>

Mərakeş Kral Futbol Federasiyasının prezidenti Fouzi Lekjaa FİFA Şurasında Afrika Futbol Konfederasiyasının (AFK) yüksək nümayəndəsi seçilib. O,52 səsdən 49 səs toplayaraq inamlı qələbə qazanıb.

525.az xəbər verir ki, seçki bu gün Qahirədə qitə futbolunun idarəedici orqanının 14-cü fövqəladə Baş Assambleyası zamanı baş tutub. 

Lekjaa misirli namizəd Hani Əbu Rida, nigerli Cibrilla Hima Hamidou, mavritaniyalı Əhməd Yahya və cibutili Souleiman Uaberi üzərində böyük fərq əldə edib. Komoriyalı namizəd Kanizat İbrahim qadın nümayəndələr üçün nəzərdə tutulan yeri təmin edib. FIFA Şurasındakı CAF nümayəndələri 2029-cu ilə qədər bir müddətə seçilir. Bu növbədənkənar ümumi yığıncaq həm də Patris Motsepenin yenidən CAF prezidenti seçilməsi ilə yadda qaldı.

Pərvanə Sultanova

 





12.03.2025    çap et  çap et