525.Az

“Azərbaycan xalqının futbola olan sevgisini göstəririk”


 

“Azərbaycan xalqının futbola olan sevgisini göstəririk”<b style="color:red"></b>

AFFA prezidenti Rövşən Nəcəf bu gün Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində çıxış edib.

O, Bakının daha bir mötəbər tədbirə ev sahibliyi edəcəyini söyləyib. 

“Biz idmanda da uğurlara imza atırıq. Bu, bizə imkan verir ki, idmanın inkişafını nümayiş etdirək. Azərbaycan xalqının futbola olan sevgisini göstəririk. Orxan Məmmədova və onun komandasına minnətdaram. Onun sayəsində bu turniri qəbul edirik. Gələcək nəsilə göstərə bilərik ki, inanırsızsa, uzunmüddətli baxış varsa, bir çox şeyə nail ola bilərsiz. Dünya çempionatında iştirak edəcək komandalara uğurlar arzulayıram". (QOL.az)

 





12.03.2025    çap et  çap et